Leqal.info xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.
Belə ki, 1966-cı il təvəllüdlü A.Ələkbərova və onun övladı 1995-ci il təvəllüdlü A.Ələkbərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki xəstəyə yardım edilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Məlumata əsasən, ana və övladı yaşadıqları evdə qaz balonunun partlaması nəticəsində yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info