Şəmkirdə evdə partlayışla müşahidə olunan yanğın olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində baş verib.

Partlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.

O əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sonra isə vəziyyəti ağır olduğu üçün Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info