Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Elçin Qəhrəmanovun idarə etdiyi “VAZ-2110” markalı avtomobil, Atçılıq yaşayış massivində hərəkətdə olarkən yolu keçən 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, martın 31-də saat 00:15-də Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.

Leqal.info