Sabunçu rayonunda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Yadigar Əhmədov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə 1963-cü il təvəllüdlü Solmaz Rzayevanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.

Leqal.info