Bakıda sərxoş sürücü piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə dünən axşam saatlarında Xətai rayonunda qeydə alınıb.

Belə ki, Şamxal Şirinov sərxoş vəziyyətdə idarə etdiyi "BMW" markalı avtomobillə piyada Bahar Əsgərovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, sürücü şübhəli şəxs qismində tutulub.

Leqal.info