Biləsuvar rayonunda iki mərtəbəli evdə yanğın olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib. Belə ki, Tağı Qasımova məxsus ümumi sahəsi 192 kvadratmetr olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.

Dərhal əraziyə Biləsuvar rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info