Leqal.info xəbər verir ki, hadisə rayonun Firuzabad kəndində baş verib. Kənd sakininə məxsus ümumi sahəsi 300 kv metr olan ikimərtəbəli fərdi yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.Yanğın zamanı evin 155 kv metri əşyaları ilə birlikdə yanıb.
Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.
Leqal.info