Abşeronda beton zavodunda bədbəxt hadisə olub.

Leqal.info xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda baş verib.

1979-cu il təvəllüdlü fəhlə Səməddin Rüstəmov iş zamanı yuxarıdan qopan beton kütləsinin üzərinə düşməsi nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimallara əsasən, hadisəyə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

Leqal.info