Sumqayıtda fəhlə işlədiyi zavodda xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən zavodda baş verib.

1969-cu il təvəllüdlü Zamanov Çingiz Çərkəz oğlunun fəhlə işlədiyi zavodda ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığı bildirilir.

O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info