Şəmkirdə cərəyan 29 yaşlı kişini vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində baş verib.

Belə ki, kənd sakini,1996-cı il təvəllüdlü İ.Nərimanlı yaşadığı ünvanda elektrik naqillərini təmir edərkən cərəyan vurub. O, hadisə yerində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş veridiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info