Leqal.info xəbər verir ki, hadisə günorta saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
58 yaşlı Şəki sakini Rəşid Umarovun idarə etdiyi “Toyota” markalı avtomobillə 44 yaşlı Oğuz rayonu Bucaq kənd sakini Sərvan İmamverdiyevin idarə etdiyi “VAZ-21012” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ-21012”də olan iki sərnişin - sürücü S. İmamverdiyevin həyat yoldaşı 37 yaşlı Könül İmamverdiya və 12 yaşlı övladı Ayan İmamverdili xəsarət alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətləri orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info