Oğuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Oğuz rayon sakinlərinin idarə etdiyi "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisi rayonun Yaqublu, bir nəfər isə Calut kəndinin sakinləridir.

Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info