Oğuzda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində olub.

Rayonun Xalxal kənd sakini, 1985-ci il təvəllüdlü Şahin Vahid oğlu Şirinovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil, yol kənarında dayanan "Chevrolet Niva" markalı avtomobillə toqquşub.

Qəza zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü Sahin Şirinov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info