Sumqayıt sakini döyülərək aldığı xəsarətlərdən ölüb.

Leqal.info xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Sülh küçəsində baş verib.

Küçədə döyülərək başından ağır xəsarətlər alan 1981-ci il təvəllüdlü Aslan Bağırov xəstəxanaya çatdırılıb. O, bu gün müalicə aldığı xəstəxanada ölüb.

İlkin məlumata əsasən, A. Bağırov küçədə oğlu tərəfindən döyülüb, daşla başına vurulub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info