Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə dünən gecə saatlarında qeydə alınıb.

“Hyunday” markalı avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Mübariz Mehrəli oğlu Əliyevi vurub.

Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq M.Əliyev səhər saatlarında müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info