Leqal.info xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı rabitə xəttinə çırpılıb.
Qəza zamanı xəsarət alan 1982-ci il təvəllüdlü V.Salehov, 2010-cu il təvəllüdlü G.Salehova, 1985-ci il təvəllüdlü G.Rzayeva və 2009-cu il təvəllüdlü G.Mustafayeva xəstəxanaya yerləşdiriliblər.
Onlara dərhal yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info