Şəkidə minik avtomobili ağaca çırpılıb, 2 nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə günorta saatlarında rayonun Köbər Zəyzid kəndinin inzibati ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mersedes 190” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan iki nəfər Şəki rayonu Bideyiz kənd sakinləri 1991-cu il təvəllüdlü Cəlal Yaqub oğlu Xasızadə və 1997-ci il təvəllüdlü Maarif Rüfət oğlu Cabbarov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Hazırda yaralıların müayinəsi aparılır, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info