Sabirabadda qətl hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qardaşkənd kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Murtuz Xudaverdi oğlu bacısı 1983-cü il təvəllüdlü Məmmədova Ülviyyə Xudaverdi qızını ov tüfəngindən atəş açmaqla qətlə yetirib.
M. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdıma aparılır.

Leqal.info