Gəncədə bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Şəhər sakini 1993-cü il təvəllüdlü B. Seyidova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata əsasən, qadın əri tərəfindən bıçaqlanıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info