Sumqayıtda 72 yaşlı qadın iynənin təsirindən ölüb.

Leqal.info xəbər verir ki, hadisə noyabrın 25-də Sumqayıtın 45-ci məhəlləsinin ərazisində yerləşən 3 saylı ailə sağlamlıq klinikasında qeydə alınıb.

Şəhər sakini 1953-cü il təvəllüdlü Nigar Babaxanova orada ona vurulan iynənin təsirindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info