Sumqayıtda 40 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Leqal.info xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb.

1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info