Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü, Murad Ömərov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolun kənarındakı 1976-cı il təvəllüdlü piyada Saleh Əliyevi vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Leqal.info