Leqal.info xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində qeydə alınıb.
Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dünyasını dəyişib.
Onun övladları - 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Leqal.info