Şəmkirdə manqal yandırarkən ehtiyatsız davranan kənd sakini yanaraq ölüb.

Leqal.info xəbər verir ki, hadisə mayın 3-də qeydə alınıb.

Belə ki, F. Məmmədov manqal yandırarkən benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alıb.

O, ötən gün yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info