Şəmkir sakini evində yanıq xəsarətləri alaraq ölüb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Əliyev Elcin Əmir oglu yaşadığı evdə huşunu itirərək evdəki qaz sobasının üzərinə yıxılıb. O, yanıq xəsarətləri alaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info