Dənizdən, duşdan, hamamdan sonra yaş saçları hələ nəm ikən daramaq olarmı?


Çox qadınları düşündürən suala həkimlər cavab verib.

"Leqal.info" xəbər verir ki, nəm saçları nəinki isti ütü və fenlə düzləşdirmək, hətta nəm ikən adi daraqla daramaq da ciddi zərər verə bilər.
Saçlar yaş olanda çox həssas olur. Kobud daraqla daramaq onların strukturunun dartılmasına, uzanmasına, nəticədə dağılmasına, qırılmasına səbəb olur.
Hər şey fərdi olaraq, tüklərin teksturasından asılıdır. Birinə zərərli olmayan, digərinə ziyan verə bilər.
Saçları düz, nazik, tez qırılan zərif saçları olanlar nəm saçlara qətiyyən daraq vurmamalıdır.
Cod və buruq saçları isə nəm halda daramaq olar.
Ümumiyyətlə başı yuduqdan sonra saçları dəsmalla qurudub, fenin ilıq və ya soyuq havası altında düzləşdirmək lazımdır.
Çiməndən dərhal sonra saçları daramaq olmaz.