Prezident Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı daha bir sərəncam verib.

Leqal.info xəbər verir ki, sərəncama əsasən, Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovdur.

Xatırladaq ki, 45 yaşlı Mətin Eynullayev 2017-ci ildə Təhsil nazirinin, 2018-ci ildən isə Vergilər nazirinin müavini işləyib.

Prezident onu idarə heyətinə sədr təyin etdi