Qarabağla bağlı fikir ayrılıqları Moskva ilə Ankara arasında dialoq yolu ilə həll olunur.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qarabağ nizamlanması məsələsində Türkiyə tərəfi ilə aparılan müzakirələrə münasibət bildirən sözçü bildirib: “Bizim əvvəllər fərqli baxışlarımız var idi. Rusiya, BMT, ABŞ, Fransa və digər Avropa ölkələri bu yanaşmanın tərəflərini münaqişənin (Dağlıq Qarabağda - red.) siyasi və diplomatik metodlarla həllinə alternativin olmadığına inandırırlar. Biz hələ də bu mövqeyə sadiq qalırıq. Türkiyə fərqli mövqeyə sadiqdir, lakin buna baxmayaraq, müxtəlif regional problemlərin həllində Rusiya ilə Türkiyənin qarşılıqlı təsiri öz effektivliyini göstərdi”.

O, Rusiyanın bu cür qarşılıqlı əlaqələrə və qarşılıqlı etibar və əməkdaşlıq səviyyəsinə dəyər verdiyini əlavə edib: “İki ölkənin prezidentləri çox yaxın dialoqu davam etdirirlər. Ancaq əlbəttə ki, yanaşmalardakı müəyyən nüansların olmadığını deyə bilmərik. Nəzərdə tutduğumuz fikir ayrılıqları türk ortaqlarımızla dialoq zamanı həll ediləcək”.

Qeyd edək ki, sabah Ankarada rus və türk diplomatik heyətin görüşü nəzərdə tutulub.