Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

S.Lavrov səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.

M.Zaxarova bildirib ki, Rusiyanın XİN başçısı mayın 5-6-da Yerevanda səfərdə olacaq.

“Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqların aparılması planlaşdırılır. İkitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir. Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinə yönələcək”, - o vurğulayıb.