Leqal.info “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.
O, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.
Qeyd edək ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabullahianla görüşüb.
Xatırladaq ki, noyabrın 28-də Aşqabadda ECO-nun Zirvə görüşü keçiriləcək. Təşkilatda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızı Respublikası, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan təmsil olunur.