Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib.
“Dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Bu, inkişaf üçün vacibdir”, - o bildirib.
Rusiya Prezidenti qeyd edib ki, son bir ildə Qarabağdakı vəziyyətin həlli üçün çox iş görülüb: “Lakin, təəssüf ki, bütün məsələlər hələ həllini tapmayıb”.