Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya, Daxili Təhqiqatlar, Səfərbərlik İşləri və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati bina yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu barədə Leqal.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən üçmərtəbəli inzibati bina xidməti otaqlardan, Növbətçi Hissə, silah-sursat saxlama yerindən ibarət olmaqla mərkəzləşdirilmiş kondisioner-ventilyasiya, yanğın siqnalizasiyası, videomüşahidə və rabitə kommunikasiya sistemləri ilə təmin edilib, bütün otaq və sahələrdə təyinata uyğun olaraq zəruri mebel və inventarlar quraşdırılıb.

Binanın ərazisində abadlıq-yaşıllaşdırma və işıqlandırma işləri icra edilib.