“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili erməni həmkarı Vaaqn Xaçaturyanla mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
Onun sözlərinə görə, regionun gələcəyi sülh şəraitindən asılıdır: “Azərbaycan-Ermənistan danışıqlarına Avropa İttifaqı da cəlb olunub. Biz bilirik ki, bölgədə sülh bu danışıqların nəticələrindən asılıdır, bu sülhdən isə iqtisadi inkişaf və regionla bağlı olan yeni planlar asılıdır”.