Məsələ ilə bağlı millət vəkili Arzu Nağıyev Leqal.info-ya açıqlama verib.
Millət vəkilinin şərhinə görə, Ermənistan daxilində bazanın yerdəyişməsi bizim üçün böyükmiqyaslı əhəmiyyət kəsb etmir:
Ermənistan ərazisində Rusiya bazalarının yaradılması kütləvi informasiya vasitələrində tez-tez tirajlanır. Məlumdur ki, Ermənistanın istər Türkiyə, istərsə də İran tərəfdən sərhədləri Rusiya qoşunları tərəfindən qorunur və çox güman ki, Azərbaycanla sərhədi də Rusiya qoruyacaq. Dislokasiya yerinin dəyişməsi, yaxud hansısa bazanın ora çəkilməsi, zənnimcə, dövlət sərhədin qorunması ilə əlaqəlidir. Çünki bu ərazi də dövlət sərhədidir. Məhz buna görə sərhədin bu hissəsində Rusiyanın hərbi hissəsinin yerləşməsi mümkündür.
Digər tərəfdən, bu məsələ Azərbaycanı qorxutmur. Məlumdur ki, orada daim ermənilərin və ya digər havadarların hərbi qurumları olub. Azərbaycan ordusu da öz işini mükəmməl surətdə həyata keçirib, bütün yüksəklikləri nəzarətə alıb. Aygepar ərazisinə hansısa qoşunların yığılması təhlükəsizliyimizi təhdid etsə, istənilən təhlükənin qarşısını almağa biz, yəni Azərbaycan ordusunun hərbçiləri qadirdir. Azərbaycan ordusu öz işini görməkdədir. Adekvat olaraq, biz də öz sərhədimizi bərkidəcəyik, çünki həmin ərazidə hərbimizin güclənməsi böyük əhəmiyyət kəsb edir. Qeyd etmək yerinə düşər ki, 1988-ci ildən bu günə kimi bu ərazilərdə xalqla ordunun vəhdəti olduğunun şahidi olmuşuq”.