"Azərbaycanın Londondakı səfirliyinə hücum qəbuledilməzdir”.

“Leqal.info” xəbər verir ki, bunu APA-ya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ceyhun bəylə danışdım, edə biləcəyimiz bir şey varmı deyə soruşdum. O, hər şeyin nəzarət altına alındığını, bunu törədən bəzi şəxslərin saxlanıldığını dedi. Biz bu cür təxribatlara boyun əyəcək millət və dövlətlər deyilik. “Bir millət, iki dövlətik”, hər zaman Azərbaycanın yanındayıq”, - XİN rəhbəri vurğulayıb.

Bundan başqa, nazir qeyd edib ki, diplomatik missiyaların qorunması Vyana konvensiyasına əsasən ev sahibi olan ölkənin məsuliyyətidir və bu cür təxribatlara yol verməmək üçün daha effektiv tədbirlər görülməlidir.