“Rəsmi Berlin Ermənistanla Azərbaycan arasında sülh sazişinin ən qısa zamanda bağlanacağına ümid edir".

Bunu “Report”a müsahibəsində Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann deyib.

“Biz təbii ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin ən qısa zamanda bağlanacağına ümid edirik. Avropa İttifaqı ilə birlikdə iki həftə əvvəl başlayan hərbi əməliyyatlara son qoymağa çağırdıq. Hesab edirik ki, sülh regionun hazırda ən çox ehtiyac duyduğu şeydir, çünki bu, həm də xarici investisiyalar üçün ilkin şərtdir. Bu regionun bərpası yalnız orada sülh və sabit mühit olacağı zaman mümkün olacaq”, - səfir bildirib.