Peskov: Əliyev və Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində gözlənilir

Leqal.info ria.ru-ya istinadən xəbər verir ki, MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir, lakin üçtərəfli görüş planlaşdırılmır, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.
MDB liderləri bazar ertəsi Sankt-Peterburqda qeyri-rəsmi sammitə toplaşacaqlar. Sammitin dekabrın 26-27-də keçirilməsi planlaşdırılır.
"Bəli. Onlar (Əliyev və Paşinyan - red.) gözlənilir. Amma üçtərəfli görüş nəzərdə tutulmayıb", - Peskov bildirib.

Elvin Mahmudlu
Leqal.info