MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində bir gün əvvəl Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında söhbət olub.

Leqal.info xəbər verir ki, bu barədə Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə danışıb. "Biz dünən başladıq və üçümüz danışa bildik: təbii ki, əsas məsələ bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri, Qarabağla bağlı hər şeydir", - Rusiya prezidenti qeyd edib. əlavə edib ki, razılaşdığımız kimi, “biz bütün bu məsələləri ətraflı müzakirə edəcəyik”.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində izah edib ki, sammitin ilk günündə Putin, Əliyev və Paşinyan arasında tammiqyaslı danışıqlar aparılmayıb.
Elnurə Fərhadqızı
Leqal.info