Azərbaycan XİN başçısı “Twitter” hesabında pakistanlı və tacikistanlı həmkarları Bilaval Bhutto Zərdari və Sirociddin Muhriddinlə görüşdüyünü bildirib.

Leqal.info xəbər verir ki, görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası zamanı olub.
“Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məhsuldar görüşümüz oldu” deyə Ceyhun Bayramov qeyd edib.
XİN başçısı Pakistan xarici işlər naziri ilə isə strateji əlaqələrin dərinləşməsinin müzakirə olunduğunu bildirib.
Leyla Kamil
Leqal.info