Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Avropa İttifaqına üzvlüyün Türkiyə üçün strateji hədəf olduğunu qeyd edib.

Leqal.info xəbər verir ki, “Aİ-yə üzvlük bizim üçün strateji hədəfdir, lakin Aİ də qərar verməlidir. Gömrük, viza liberallaşması sahələrində addımlar ata bilər, amma Aİ-nin bu addımlardan geri qaldığını müşahidə edirik” -deyə Türkiyə XİN başçısı bildirib.
Portuqaliyanın xarici işlər naziri Juo Kravinyo isə Portuqaliyanın hər zaman Türkiyənin Aİ-yə üzvlüyünə dəstək olduğunu qeyd edib. “Biz hər zaman Türkiyə ilə yüksək dialoqu saxlamalıyıq” –deyə o vurğulayıb.
Leyla Kamil
Leqal.info