ABŞ Prezidenti Co Bayden Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Leqal.info xəbər verir ki, Moldova mətbuatının yaydığı məlumatda tərəflərin Ukrayna müharibəsinin Moldova üçün nəticələrini müzakirə etdikləri, Maya Sandunun söhbət əsnasında ölkəsinin müstəqil dünyanın bir parçası kimi qalmaq istədiyini qeyd etdiyi və Moldovada sülh və əmin-amanlığı mühafizə etməklə bağlı ölkə rəsmilərinin etdiyi səylər barədə bildirilib.
Müharibə ilə bağlı Moldovanın iqtisadi sabitliyini gücləndirmək məqsədilə ABŞ-ın dəstəyinə ehtiyacı olduğu Maya Sandu tərəfindən bildirilib.
Görüşdə ABŞ Prezidenti Co Bayden Moldova dövlət başçısı tərəfindən Moldovaya növbəti səfər üçün dəvət olunub.
Elvin Mahmudlu
Leqal.info