Leqal.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
XİN rəhbəri vurğulayıb ki, Azərbaycandan fərqli olaraq Ermənistan münasibətlərin normallaşdırılması prosesini pozmaqda davam edir: “Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, seçdiyi yolu dəyişməli və işğalçı siyasətindən əl çəkməlidir”.