Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Braziliyanın XİN başçısı Mauro Vieira ilə Hindistanda keçirilən G20 XİN rəhbərlərinin toplantısı zamanı görüşü baş tutub.

Leqal.info xəbər verir ki, bununla bağlı Mövlud Çavuşoğlu “Twitter” hesabında paylaşım edib.
“Zəlzələdən sonra ölkəmizə kömək əlini uzadan Braziliyanın xarici işlər nazirinə minnətdarlığımızı bildirdik. Bizim regional məsələlərdə əməkdaşlığımız davam edəcək”, - Türkiyə XİN rəhbəri bildirib.
Elvin Mahmudlu
Leqal.info