Qərbdən Ukraynaya hərbi yardımın artmasına baxmayaraq, xüsusi əməliyyatın bəyan olunan bütün məqsədlərinə nail olunacaq.

Leqal.info xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

O, Rusiyanın Ukraynanın demilitarizasiyasına və denasistifikasiyasına müvəffəq olacağını, öz ərazi bütövlüyünü və əhalinin təhlükəsizliyini təmin edəcəyini söyləyib.

Patruşev bildirib ki, ABŞ-ın Ukraynada genişmiqyaslı bioloji fəaliyyətlər aparması, Amerika elitasının bu işə qarışması ilə bağlı təkzibolunmaz dəlillər var.

Patruşev nüvə müharibəsi riski haqqında da danışıb. Onun sözlərinə əsasən, Rusiya Federasiyası nüvə müharibəsinin və nüvə dövlətləri arasında hərbi qarşıdurmanın yolverilməzliyi mövqeyinə sadiqdir.

Leyla Kamil
Leqal.info