Rusiya istənilən düşməni, habelə ABŞ-ı məhv edə biləcək unikal silaha malikdir.

Leqal.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Rusiya səbirlidir və hərbi üstünlüyü ilə heç kəsi qorxutmur. Lakin onun mövcudluğuna təhlükə yaranarsa, istənilən düşməni, habelə ABŞ-ı məhv etməyə malik olan müasir unikal silahları var”, - deyə Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində söyləyib.

Patruşev hesab edir ki, SSRİ-nin dağılmasından sonra Rusiya öz səhvləri üzərində işləyib və indi həm daxili sabitliyi, həm də təhlükəsizliyini kənar təhlükələrdən təmin edə bilir.

Elvin Mahmudlu
Leqal.info