Belarusun müstəqillik tarixində suverenliyin qorunub saxlanılması məsələsi heç vaxt bu qədər kəskin olmayıb.

Leqal.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün parlamentə və xalqa müraciəti zamanı söyləyib.

Belarus Prezidenti qeyd edib ki, son onilliklər ərzində baş verən qaynar münaqişələr Qərbin bütün dünyanı özünə tabe etmək istəyi ilə başladı.

“Ukrayna xalqına sülh lazımdır, lakin onların bu istəyi Qərbdə heç kimi maraqlandırmır”, - deyə Lukaşenko qeyd edib.

Lukaşenkonun dediklərinə görə, Rusiya Krımı öz ərazilərinə daxil etməyə məcbur olub.

“ABŞ icazə verməyincə Ukraynadakı müharibə bitməyəcək. Qərb Minsk danışıqları zamanı əldə etdiyi vaxtdan Ukraynanı silahlandırmaq üçün istifadə edib”, - Belarus dövlət başçısı bildirib.

“Üfüqdə nüvə silahlarının yaratdığı yanğınlarla müşayiət olunan üçüncü dünya müharibəsi görünür”, - deyə Lukaşenko vurğulayıb.

Leyla Kamil
Leqal.info