"Prezident Putin sərhədlərində daha az NATO görmək istədi, lakin bunun əksinə müvəffəq oldu".

Leqal.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın XİN başçılarının iclasından öncə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

O bildirib ki, Putin Ukraynaya hücum edərək həm də NATO-nun qapısını bağlamaq, sərhədlərində daha az NATO görmək istədi, lakin bunun tamamilə əksinə müvəffəq oldu: "NATO müttəqifləri daha yaxşı hazırlıq vəziyyətinə gəldi, alyansın müxtəlif qanadlarında onun hərbi mövcudluğu daha da gücləndi, NATO-ya yeni üzvlər qoşuldu. Bu gün Finlandiya alyansa üzv olur, inanıram ki, tezliklə İsveç də üzv olacaq".

Elvin Mahmudlu
Leqal.info