Azərbaycan Prezidentinin hazırkı səfəri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.

Leqal.info Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı söyləyib.

“Bu gün biz kiçik və geniş tərkibdə substantiv danışıqlar apardıq. Ticarət-iqtisadiyyat, nəqliyyat-tranzit, enerji sahələrində əlaqələrin inkişafı məsələsini müzakirə etdik.

Eyni zamanda mədəni-humanitar münasibətlərin dərinləşdirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə etdik.

İnanıram ki, bu səfərin nəticələri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq”, - Tokayev bildirib.

Elvin Mahmudlu
Leqal.info