Şimali Makedoniya ATƏT-ə sədrliyi dövründə Azərbaycan və Ermənistan arasındakı narazılıqların dinc və hərtərəfli nizamlanmasını hədəfləyir.


Leqal.info xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Bujar Osmani Tvitter paylaşımında qeyd edib.

"Biz ATƏT-in fəaliyyətdə olan sədri kimi azərbaycanlıları və erməniləri narahat edən narazılıqların dinc, hərtərəfli və dayanıqlı nizamlanmasını hədəfləyirik",- deyə Bujar Osmani yazıb.

Leqal.info