ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Leqal.info xəbər verir ki, bu haqda Ermənistan XİN-in "Facebook" hesabında məlumat verilib.

ATƏT sədrinin Ermənistana səfəri çərçivəsində Buyar Osmani və Ararat Mirzoyan arasında təkbətək görüş keçirildiyi bildirilib.

Məlumatda, həmçinin geniş tərkibli görüşün keçiriləcəyi qeyd olunub.

Elvin Mahmudlu
Leqal.info